Ronaldo, Roberto Karlos və Messini geridə qoydu

Ronaldo, Roberto Karlos və Messini geridə qoydu

22 Avqust 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
O, dünyanın ən çox qazanan futbolçusu oldu

Samuel Eto Rusiya liqasının Dağıstan klubu "Azhi"nin müdhiş təklifini qəbul etdi və dünyanın ən çox qazanan futbolçusu oldu. Samuel iki sezondur formasını geyindiyi "İnter"dən məşhurluğu hər gün daha da artan "Azhi"yə transfer oldu. Üstəlik, çılğın bir rəqəmlə... 30 yaşlı futbolçu 3 illik müqaviləsinə əsasən hər il 20 milyon avro qazanacaq. Onun üçün "İnter"ə isə 29 milyon avro ödəniləcək. Bu il rus milyarderi Süleyman Kərimov tərəfindən alınan klub Roberto Karlos, Yuri Zirkov, Balazs Dzsudzakini heyətinə qatmışdı.

"İnter"dən illik 8 milyon avro alan Samuel bu həftə atacağı imza ilə demək olar ki, bütün həmkarlarını qazancı ilə geridə qoyacaq.

Günel Həbib

O.M.