“Formula 1” pilotlarının Bakıya gələcəkləri vaxt açıqlanıb

“Formula 1” pilotlarının Bakıya gələcəkləri vaxt açıqlanıb

8 İyun 2016 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1 üzrə Avropa Qran Prisində iştirak edəcək komandaların pilotlarının Bakıya gələcəkləri vaxt məlum olub.

"Report"un məlumatına görə, pilotların ilk qrupu iyunun 14-dən paytaxtda olacaq.

Onlar öz komandalarının texniki heyətləri ilə birgə gələcəklər. Ümumilikdə paytaxta 11 komanda təşrif buyuracaq.

Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda keçiriləcək.

Mediainfo.az