"Fenerbahçe"yə 2 müjdə

"Fenerbahçe"yə 2 müjdə

12 Aprel 2011 13:53
933
Bəyəndim (0) Bəyənmədim (0)

Xəsarət aldıqdan sonra bir müddət futboldan uzaqlaşmaq məcburiyyətində qalan "Fenerbahçe"li Selcuq və Dianın dünən yenidən məşqlərə qatılması baş məşqçi Qocamanın üzünü güldürdü.

"Fenerbahçe"də zədə almış futbolçu qalmadı... Emre Belozoğludan sonra dünən axşam saatlarında Selcuq və Dia da meydançada göründülər. Ağrılarının tamamilə keçdiyini ifadə edən Selcuq, " Əslində, əvvəlki matçlarda oynamaq şansım var idi. Ancaq birdəfəlik şikəst qalacağım riski olduğu üçün irəliyə addım atmadım. "Qaziantep"ə qarşı isə meydanda olacağam", - deyə durumunu açıqladı.

Sağalan oyunçular baş məşqçinin üzünü güldürdülər. Artıq Qocaman da komandasının uğursuzluqlarına son qoyaraq pərəstişkarlarının üzünü güldürməyə borcludur.

Günel Şahməmmədova

O.M.