"Qalatasaray" Emmanuel Ebo və Əbdül Kader Keyta ilə anlaşıb

"Qalatasaray" Emmanuel Ebo və Əbdül Kader Keyta ilə anlaşıb

15 Avqust 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray" klubu Kot- d-İvuar yığmasının futbolçuları Emmanuel Ebo və Əbdül Kader Keyta ilə razılıq əldə edib. Türkiyə mətbuatının yazdığına görə, Londonun "Arsenal" klubunda çıxış edən Ebo baş məşqçi Fatih Terimin istəyi əsasında transfer olunub. Razılaşmaya əsasən, "Qalatasaray" futbolçuya ildə 2,2 milyon avro, "Arsenal"a isə 4,5 milyon avro ödəyəcək. Keytaya gəldikdə isə o, İstanbul klubuna icarə əsasında qayıdacaq. "Qalatasaray" hər il bunun əvəzində Qətərin "Əl-Sədd" klubuna 800 min avro ödəyəcək. Keytanın özü isə illik 1,8 milyon avro alacaq.

Tofiq Əliyev

O.M.