Kikboksçu: “Qələbəmi Ordumuza həsr edirəm”

Kikboksçu: “Qələbəmi Ordumuza həsr edirəm”

3 Aprel 2016 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Heyger şəhərində VFMC versiyası üzrə interkontinental kəməri uğrunda keçirilən mübarizədə Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Caspian" İdman Klubunun idmançısı Nicat Vəliyev qələbə qazanıb.

Bu barədə danışan idmançı qələbəni Azərbaycan əsgərlərinə həsr etdiyini bildirib.

"Dünən gözəl xəbər aldıq ki, ordumuz düşmən təxribatının qarşısını alıb və uğurlu əməliyyat keçirib, düşmənə ağır zərbə vurub. Bu gün hər kəs vətənimizin güclənməsinə çalışmalıdır. Belə qələbələr xalqımıza lazımdır. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Bu qələbəmi də Ordumuza həsr edirəm", - Nicat Vəliyev deyib. (axar)

Mediainfo.az