Messilər ailəsinə silahlı hücum olub

Messilər ailəsinə silahlı hücum olub

12 Aprel 2011 10:39
1 054
Bəyəndim (0) Bəyənmədim (0)

Matias Messinin Argentinanın Rozario şəhərindəki evi naməlum silahlılar tərəfindən atəşə tutulub. 2 nəfər motosikletlərlə futbolçunun qardaşının evinə yaxınlaşaraq oranı gülləboran etməyə başlayıb. Həmin vaxt futbolçunun anası da evdə olub. Xoşbəxtlikdən Messilər ailəsindən heç kim xəsarət almayıb. Hadisənin törədilmə səbəbi hələlik məlum deyil. Polis araşdırma aparır.

Futbol aləmində Messinin qabağında top oynadan tapılmadı. Amma həyatda topa tutan oldu. Öz aramızdır, həyat da elə top-top oyunu kimidir. Gah vurursan, gah da vurulursan.

Hafiz Əhmədov

O.M.