Azərbaycanlı milyonçu "Lans"dan imtina edib

Azərbaycanlı milyonçu "Lans"dan imtina edib

1 Aprel 2016 12:49
424

Azərbaycanlı iş adamı Hafiz Məmmədov Fransanın "Lans" futbol klubundakı səhmlərinin böyük hissəsindən imtina edib. "Report"un "L Equipe" nəşrinə istinadən məlumatına görə, H.Məmmədov klubun səhmdarı kimi qalmağa razılıq verib.

Amma onun payı azalıb. Əvəzində kluba avropalı sərmayəçi tapılıb. "Lans"ın prezidenti Jerve Martel həmin şəxsin 3 il müddətinə 21 milyon avro sərmayə qoymağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, məbləğ hər ilə bərabər bölünəcək. Lakin J.Martel həmin şəxsin adını açıqlamayıb. Klub prezidenti, sadəcə, yeni himayəçinin aprelin 15-dən işə başlayacağını dilə gətirib.

Qeyd edək ki, 2015-ci ilin sonlarında "Lans"ı belçikalı iş adamı Qreqori Makenin himayəyə götürəcəyi bildirilirdi.

Mediainfo.az