“Barselona” rüsvay oldu

“Barselona” rüsvay oldu

4 Avqust 2011 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona" klubu təlim-məşq toplantısı çərçivəsində Meksikanın "Çivas Qvadalaxara" klubu ilə üz-üzə gəlib. 70 min azarkeşin izlədiyi qarşılaşma Meksika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barselona"nın heyətində Xavi, İnyesta, David Vilya, Herard Pike və Buskets kimi əsas heyət futbolçularının iştirak etməsinə baxmayaraq UEFA Çempionlar Liqası və İspaniya çempionatının son qalibi rəqibinə layiqli müqavimət göstərə bilməyib. "Barselona"nın heyətində təsəlliverici qola David Vilya imza atıb.

Barsanı top atəşinə tutdular.

Tofiq Əliyev

O.M.