Arda İspaniyada lider ola biləcək?

Arda İspaniyada lider ola biləcək?

11 Aprel 2011 19:42
Bəyəndim (0) Bəyənmədim (0)

Arda Turanın meneceri Ahmet Bulut transferlə bağlı öz fikrini bildirdi: ""Atletiko Madrid"lə artıq danışıqlar demək olar ki, bitib. Yalnız bir neçə dəqiqləşdirilməmiş məsələ qalıb. Uyğun olarsa, may ayının 14-nə kimi transfer yekunlaşdırılacaq. Əslində, ötən ili yay aylarında ispan klubu eyni təklifi irəli sürmüşdü. Ancaq o vaxt "Qalatasaray" keçid məsələsinə elə də isti baxmırdı. İndi vəziyyət tamamilə əksinədir. Migel Anxel Gil mənə dedi ki, Arda onların klubunun ən önəmli üzvü olacaq. Və texniki dəyişikliklərdə lider seçiləcək".

Təki elə olsun. Arda "ardına baxan namərddir" prinsipi ilə geri qaçmalı olmasın. Axı bir az dikbaşlığı var onun...

Günel Şahməmmədova

O.M.