Hakan Şükür siyasət "topunu" qovalayacaq

Hakan Şükür siyasət "topunu" qovalayacaq

11 Aprel 2011 19:28
1 301
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin məşhur futbolçusu Hakan Şükür bu il özünü siyasətdə sınaqdan çıxartmaq istədi. Məhz elə bu səbəbdən də üzümüzə gələn iyun seçkilərində namizədliyini irəli sürdü. Əgər seçilərsə, o, Sakarya sakinləri adından çıxış edəcək.

"Fifa"nın eks hakimi Selcuk Dereli Mersindən, Kamile Bacı - qadın milli komandanın kin-boks üzrə müəllimi isə Siirtdən namizədliyini irəli sürəcək.

Belə getsə, TBMM-də biri top oynadacaq, o biri fit çalacaq, bir başqası isə yumruq dili ilə danışacaq. Deputatlar isə həmişəki kimi qanunların qəbulu ilə məşğul olacaqlar.

Günel Şahməmmədova

O.M.