“Neftçi”nin yeni baş məşqçisinin adı rəsmən açıqlandı

“Neftçi”nin yeni baş məşqçisinin adı rəsmən açıqlandı

2 Avqust 2011 18:50
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda məşqçilər korpusuna yeni təyinatlar təsdiqlənib. Bundan sonra komandanın baş məşqçisi vəzifəsini Böyükağa Hacıyev yerinə yetirəcək. Komandanın direktoru Güloğlan Cabbarov, baş məşqçinin köməkçisi Tərlan Əhmədov, seleksiyaçı-məşqçi Kamal Quliyev olacaq. Qeyd edək ki, Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək. Komanda saat 19:00-da klubun bazasında baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

İnanırıq ki, Neftçi düşərgəsində "köhnə hamam köhnə tas" olmayacaq.

Tofiq Əliyev

O.M.