Emre Belezoğlu ifadə vermək üçün istintaqa çağırılıb

Emre Belezoğlu ifadə vermək üçün istintaqa çağırılıb

2 Avqust 2011 15:50
846
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Fənərbaxça" klubunun mərkəz yarımmüdafiəçisi Emre Belozoğlu və "Beşiktaş" klubunun sabiq rəhbərlərindən biri, hazırda televiziya şərhçisi kimi çalışan Sinan Engin şübhəli şəxs qismində ifadə vermək üçün istintaqa çağırılıb. Hər iki şəxsin haqqında həbs qətimkan tədbiri görülüb-görülməməsinə istintaq başa çatdıqdan sonra qərar veriləcək. Emre Belozoğlunun "Ankaragücü" - "Fənərbaxça" oyunundan əvvəl rəqib futbolçu Kaan Söyleümezgillere göndərilən telefon mesajı ilə bağlı ifadə verəcəyi gözlənilir. Bu gün Kaan Söyleümezgillerin də istintaqa çağırılması nəzərdə tutulur.

Tofiq Əliyev

O.M