“Futbol kralı” Pele Gürcüstana səfir kimi gələcək

“Futbol kralı” Pele Gürcüstana səfir kimi gələcək

2 Avqust 2011 11:19
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycana isə təbii ki, gəlməyəcək

Dünya futbolunun əfsanəsi Pele Dünya Çempionatı - 2014-cü ilin səfiri qismində Gürcüstana səfər edəcək. Bu barədə Gürcüstanın İşgüzar Əlaqələr, Turizm, İdman və Mədəniyyət Beynəlxalq Fonduna Pelenin nümayəndəsi adından rəsmi məktub daxil olub. "Futbolun kralı"nın noyabrın 23-24-də Gürcüstana səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstan Pelenin Dünya Çempionatı - 2014-ün səfiri kimi baş çəkəcəyi ilk ölkə olacaq. Braziliyalı futbol əfsanəsi Gürcüstandan sonra Fransa, Almaniya, İngiltərə və başqa ölkələrə də səfər edəcək.

Bizdə futbol yox dərəcəsində olduğu üçün Pele Azərbaycana gəlməyəcək...

Günel Həbib

O.M.