“Frayburq” klubunun futbolçusu Azərbaycan yığmasına çağırılıb

“Frayburq” klubunun futbolçusu Azərbaycan yığmasına çağırılıb

1 Avqust 2011 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın "Frayburq" klubunun hücumçusu Ufuk Budak sabahdan yığmamızın hazırlığına qatılacaq. O, milli komandamızın Bakıda başlayan təlim-məşq toplanışına dəvət olunub. Ufuk Almaniyada oynayan türk futbolçularındandır ki, AFFA-nın apardığı seleksiya işi nəticəsində onda Azərbaycan kökü aşkarlanıb.

Budak hələ bu ilin mayın 31-də 21 yaşlılardan ibarət yığmamızın (U-21) moldovalı həmyaşıdları ilə yoldaşlıq görüşündə sınanmışdı. O, U-21-mizin avqustun 1-dən 4-dək Bakıdakı təlim-məşq toplanışına çağırılsa da, millimizin baş məşqçisi Berti Foqts onu öz komandasında sınamağı qərara alıb.

İnanırıq ki, yeni futbolçumuz avtoqollarla yox, qollarla yadda qalacaq.

Tofiq Əliyev

O.M.