Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər

Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər

12 Avqust 2015 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Apa-nın yerli bürosunun xəbərinə görə, avqustun 12-də kişilər arasında tapançadan 25 metr məsafəyə sürətli atəş açma yarışları keçirilib. Yarışın final mərhələsində ABŞ, Çin, Fransa, Koreya və Hindistandan 6 idmançı iştirak edib. Azərbaycan idmançısı Ruslan Lunev yarışda uğurla iştirak etsə də finala çıxa bilməyib. O, 7-ci yeri tutub. Çin idmançısı Haozhe Hu rəqiblərini üstələyərək 32 xalla birinci yeri tutub. O, komandasına 4-cü qızıl medalı qazandırıb. Jiajie Lao (Çin) 30 xalla ikinci, Boris Artaud (Fransa) 25 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Hazırda Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 4-ü qızıl, 2-si gümüş və biri bürünc medaldır.

Qeyd edək ki, 5 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 18 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediainfo.az