Messi rəqibini kəllə ilə vurub

Messi rəqibini kəllə ilə vurub

6 Avqust 2015 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona"nın "Roma" ilə keçirdiyi yoxlama görüşündə Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi ilə rəqib müdafiəçi Mapu Yanq-Mbiva arasında qalmaqal yanaşıb.

Qol.Az-ın məlumatına görə, epizodların birində hakimin fitindən sonra argentinalı ulduz rəqib müdafiəçiyə kəllə atıb.

Bununla kifayətlənməyən Messi əlləri ilə rəqibinin boğazından yapışıb. Lakin digər futbolçuların və hakimin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, referi hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Mediainfo.az