Ən məhsuldar futbolçuların siyahısı açıqlanıb

Ən məhsuldar futbolçuların siyahısı açıqlanıb

5 İyul 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 5 qol vuranlar daxil olub. 54 futbolçunun yer aldığı cədvələ "Mançester Yunayted" (İngiltərə) klubunun meksikalı forvardı Xavyer Ernandes başçılıq edir. Yığmada 10, klubda 3 dəfə fərqlənən "Çikarito" ləqəbli futbolçunun ümumilikdə 13 qolu var. Kolumbiya millisində 1, "Portu"da (Portuqaliya) 10 qol vuran Radamel Falkao siyahıda 2-ci pilləni tutur. İtaliya yığmasının 3 qoluna imza atan Cüzeppe Rossi "Vilyarreal"da (İspaniya) 6 dəfə fərqlənməklə ümumi göstəricisini 9-a çatdıraraq 3-cü yerdədir. Qeyd edək ki, 54 nəfərlik siyahıda Azərbaycan təmsilçisi yer almayıb. Ölkəmizin ən yaxşı qolçusu isə Vüqar Nadirovdur. Ötən ay 3 qol vuran 24 yaşlı hücumçu Azərbaycan milli komandasında 1, "Qarabağ"da 2 dəfə fərqlənib.

Futbolun yaraşığı yalnız qoldur.

Tofiq Əliyev

O.M.