“Fənərbaxça” ÇL-dən kənarlaşdırıla bilər

“Fənərbaxça” ÇL-dən kənarlaşdırıla bilər

4 İyul 2011 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA son çempionluğunu pulla aldığı iddiaları irəli sürülən "Fənərbaxça" klubu ilə bağlı araşdırmaları yaxından izləyir. Ehtimal edilir ki, UEFA "Fənərbaxça" klubunu qalmaqal səbəbindən Çempionlar Liqası turnirindən kənarlaşdıra da bilər. Çempionlar Liqasının püşkatma mərasiminin keçiriləcəyi 25 avqust tarixinədək Türkiyə Futbol Federasiyası UEFA-ya yekun qərar verməlidir.

Xatırladaq ki, "Fənərbaxça" klubu 2010/11 mövsümündə Türkiyə çempionatında "Trabzonspor" klubu ilə eyni sayda - 82 xal toplasa da daha yaxşı top fərqinə görə çempion olmuşdu. "Fənərbaxça"nın Türkiyəni birbaşa Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcəyi gözlənilsə də adıçəkilən qalmaqal hər şeyin üstündən xətt çəkə bilər.

Qaliblər heç zaman mühakimə olunmur, deyiblər. Amma hərdən əksinə olur.

Tofiq Əliyev

O.M.