İdmançılar Kəmaləddin Heydərov tərəfindən mükafatlandırılıblar

İdmançılar Kəmaləddin Heydərov tərəfindən mükafatlandırılıblar

4 İyul 2011 10:00
1 047
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Ankarada keçirilən Avropa çempionatında uğurla çıxış etmiş idmançıları qəbul edib. K.Heydərov prezident İ.Əliyev tərəfindən ölkəmizdə idmana və olimpiya hərəkatına xüsusi diqqət yetirildiyini deyərək, bunun nəticəsində bütün idman növlərində böyük uğurların əldə edildiyini bildirib: "Komandamız Avropa çempionatında uğurla çıxış etdi. Medal qazanan boksçularla yanaşı, ilkin mərhələdə uduzanlar da pis təsir bağışlamadılar. Sentyabrda Bakıda lisenziya xarakterli dünya çempionatı keçiriləcək. İndi əsas məqsəd həmin yarışa yaxşı hazırlaşmaq və London Olimpiadasına mümkün qədər çox vəsiqə qazanmaq olacaq".

ABF-nin vitse-prezidenti Süleyman Mikayılov boksçulara göstərilən qayğıya görə, federasiya rəhbərinə təşəkkür edib. ABF-nin birinci vitse-prezidenti Ağacan Abiyev təkcə böyüklərdən ibarət komandada deyil, aşağı yaş qruplarında da yüksək nailiyyətlər əldə edildiyini xatırladıb. Avropa çempionatının qalibləri Salman Əlizadə, Teymur Məmmədov, bürünc mükafatçı Heybətulla Hacəliyev, milli komandanın çalışdırıcıları və şəxsi məşqçilərə pul mükafatları təqdim olunub.

Kollektiv idman növlərinin oyunçuları nokauta düşməsinlər.

Könül Aypara

O.M.