Boksçumuz ermənini rinqdə əzişdirdi

Boksçumuz ermənini rinqdə əzişdirdi

29 İyun 2011 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

Boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində 9 idmançımız 1/4 finala vəsiqə qazanıb. 50 kq çəki dərəcəsində mübarizə aparan Orxan Əliyev 1/8 finalda Belarus nümayəndəsi Anton Balı 13:11 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi ukraynalı Vladislav Kutepov olacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan Telman Qafarlı qitə birinciliyində ikinci döyüşünü də qələbə ilə başa vurub. Həmyerlimizin ikinci qələbəsi daha parlaq və yaddaqalan olub. Çünki Qafarlı bu dəfə Ermənistan boksçusu Rafael Barseqyanı rinqə çıxmağa peşman edib - 9:5. Boksçumuz yarımfinala gedən yolda rusiyalı Tamerlan Batdiyevlə döyüşəcək.

Erməni boksçunun əlacı olsaydı rusları köməyə çağırardı.

Tofiq Əliyev

O.M.