Səudiyyə Ərəbistanı yığmasını Frank Raykaard çalışdıracaq

Səudiyyə Ərəbistanı yığmasını Frank Raykaard çalışdıracaq

29 İyun 2011 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış hollandiyalı mütəxəssis Frank Raykaard özünə yeni iş yeri tapıb. 49 yaşlı məşqçi Səudiyyə Ərəbistan milli komandasına rəhbərlik edəcək. Raykaard Səudiyyə Ərəbistanın Futbol Federasiyası ilə 3 illik rəsmi müqavilə imzalayacaq. O, bu müddətdə 11 milyona dollara yaxın qazanacaq. Qeyd edək ki, "Barselona"nı 2006-cı ildə Çempionlar Liqasının qalibi edən Raykaard ötən mövsümün ortasında "Qalatasaray"dan istefaya göndərildikdən sonra işsizdir.

Raykaard yəqin ki, yenidən qovulmamaq üçün əlindən gələni edəcək.

Tofiq Əliyev

O.M.