FİFA Azərbaycan və Ermənistan yığmaları ilə bağlı qərar verib

FİFA Azərbaycan və Ermənistan yığmaları ilə bağlı qərar verib

28 İyun 2011 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu bu 2 yığmanı DÇ-2014-də ayrı-ayrı qruplara salmağı məqsədəuyğun sayıb. Rusiya və Gürcüstan yığmaları da həmin məsul yarışda bir qrupa düşməyəcək. FİFA bunu ölkələr arasında siyasi vəziyyətlə əlaqədar UEFA-nın xahişi əsasında qəbul edib. UEFA FİFA-ya bu istəklə bağlı müraciət edən yeganə qitə qurumudur. DÇ-2014-ün final mərhələsi Braziliyada keçiriləcək. Bu turnirin seçmə mərhələsinin püşkü bu ilin iyulun 30-da Rio-de-Janeyroda atılacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistan milli komandaları AÇ-2008-in seçmə mərhələsində bir qrupa düşsələr də, UEFA görüşlərin məkanını onlarla razılaşdıra bilmədiyindən, oyunları ləğv etdi. Bundan sonrakı seçmə mərhələlərdə onları bir qrupa salmamaq qərara alındı.

Sən Qorxaqsan, Sən Köləsən, Sən ermənisən!!! (A.S.Puşkin)

Tofiq Əliyev

O.M.