Atletlərimiz uğurla geri dönüblər
Atletika üzrə Azərbaycan yığması komandalararası Avropa çempionatında
yeni rekord müəyyənləşdirib. İslandiyanın paytaxtı Reykyavikdə keçirilən qitə birinciliyinin III
divizionunda mübarizə aparan idmançılarımız vətənə 12 medalla dönüblər.
Komandamızın
heyətində Ruslan Abbasov (100 və 200 m), Hakim İbrahimov (400 m),
İbrahim Əhmədov (400 metr, maneəli), Rəhim Məmmədov (110 m, maneəli),
Dmitri Marşin (çəkicatma) və Gözaşin Səfərova (3000 m, maneəli və 5000
m) finiş xəttinə birinci çatıblar. Həmçinin, kişilərdən ibarət yığmamız
4x100 m və 4x400 m məsafələrə qaçışda bütün rəqiblərini qabaqlamağı
bacarıblar.
Milli komandamızın digər üzvləri - Tilaxun Əliyev (5000 m) gümüş, Anar Yusifov (800 m) isə bürünc medallara sahib olublar. Beləliklə, 10 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan atletlərimiz komanda hesabında 6-cı yeri tutublar.
Könül Aypara