Ruslan Abışov  yenidən“Qəbələ”də

Ruslan Abışov yenidən“Qəbələ”də

8 Yanvar 2015 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Topaz Premyer Liqasının ilk 2 dövrəsini icarə əsasında "Qəbələ"də keçirən Ruslan Abışovun transfer hüququ məxsus olan "Rubin"ə qayıdacağı gözlənilirdi. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu mövsümün ikinci yarısını da Kazan klubunda keçirməyəcək.

Belə ki, Abışov yenidən "Qəbələ"nin düşərgəsinə qayıdıb. Dünən Antalyaya yollanan təcrübəli futbolçu şimal klubunun heyətində məşqə də çıxıb. Hələ ki, Ruslanın "Qəbələ" ilə yeni müqaviləsinin detalları bəlli deyil. Bununla belə, "qırmızı-qaralar" onu çox güman ki, yaya qədər icarəyə götürüblər.

Qeyd edək ki, Azərbaycan yığmasının da üzvü olan Ruslan karyerası ərzində "Neftçi" və "Xəzər Lənkəran" klublarının da formasını geyinib.

Mediainfo.az