“Qəbələ” Türkiyəyə getdi

“Qəbələ” Türkiyəyə getdi

5 Yanvar 2015 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Baş məşqçi vəzifəsinə ukraynalı Roman Qriqorçuku gətirən "Qəbələ" təlim-məşq toplanışı keçirmək üçün bu gün Türkiyəyə yollanıb.

Məlumata görə, "qırmızı-qaralar" yanvarın 29-na qədər qardaş ölkədə hazırlıq keçəcəklər.

Əyalət təmsilçisi bu müddətdə 7 yoxlama görüşü keçirəcək. Belə ki, Qriqorçukun komandası ilk olaraq yanvarın 10-da Hollandiyanın PSV klubu ilə üz-üzə gələcək. Onların növbəti matçı isə Türkiyə Superliqası təmsilçisi "Əskişəhərspor"a qarşı olacaq. Bundan başqa "Qəbələ" Qazaxstan klublarının biri ilə də qarşılaşacaq. Eyni gündə onlar Ukraynanın "Vorskla" komandası ilə də güclərini sınayacaqlar. Digər rəqiblərin adlarına isə aydınlıq gəlməyib.

Mediainfo.az