Böyükağa Hacıyev: “Mirhüseyn Seyidov Qara Qarayevdən yaxşıdı”

Böyükağa Hacıyev: “Mirhüseyn Seyidov Qara Qarayevdən yaxşıdı”

24 Dekabr 2014 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Latviya səfərim yaxşı keçdi. Təxminən 1 həftə orda qaldım". Bu sözləri apasport.az saytına açıqlamasında Böyükağa Hacıyev deyib.

PRO kateqoriyalı məşqçilik kurslarında iştirak etmək üçün Latviyaya yollanan Hacıyev artıq Bakıdadı. Təcrübəli mütəxəssis səfər çərçivəsində bir çox şəxslərlə görüşüb: "Məşqçilik kurslarını "Skonto"da keçdim. Daha çox bərpaedici məşqlərin üzərində çalışdıq. Latviya futbolu ilə yaxından tanış oldum. Onu deyə bilərəm ki, Azərbaycan futbolu ilə müqayisə olunmazdı. Çünki Latviya klublarının maddi vəziyyəti çox aşağıdı".

Söhbət əsnasında 2014-cü ili dəyərləndirən Hacıyev ilin ən yaxşısı hesab etdiyi futbolçunun adını açıqlayıb: "Mirhüseyn Seyidov və Qara Qarayev bu il əla təsir bağışladılar. Bu iki nəfər arasında ən yaxşı Mirhüseyni hesab edirəm. Çox böyük potensialı var. Düzdü, Qara da ili yaxşı keçirdi. Amma Seyidovun oyununu daha çox bəyəndim. Sloveniyada "Koper"in qapısına vurduğu qol "Neftçi"nin mərhələ adlamasına kömək etmişdi. Bir də "Xəzər Lənkəran"la matçdakı qolunu qeyd edərdim. Möhtəşəm qol idi".

Mediainfo.az