"Fenerbahçe"nin futbolçusu xəstəxanaya yerləşdirilib

"Fenerbahçe"nin futbolçusu xəstəxanaya yerləşdirilib

16 Dekabr 2014 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin "Fenerbahçe" klubunun futbolçusu Caner Erkin xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, Caner Erkin ötən gün axşam saatlarında özündən gedib. Hadisə futbolçu restoranlardan birində yemək yedikdən sonra baş verib.
Həyat yoldaşının qardaşının hospitalına aparılan futbolçunun vəziyyətinin hazırda yaxşı olduğu açıqlanıb.
Klubun həkimi Burak Kunduracıoğlu futbolçunun vəziyyəti ilə bağlı açıqlama verib. "Başından zərbə alıb. Bunun üçün də xəstəxanaya aparılıb. Xəstəxanada beyin tomoqrafiyası çəkilib. Hazırda problem yoxdur. Yaxın saatlarda xəstəxanadan buraxılacaq".
Restoranın kameralarından bəlli olub ki, dostlar masada oturan futbolçunun əvvəlcə başından qan gəldiyi deyirlər. Əli ilə başını yoxlayandan sonra o özündən gedir. Təşvişə düşən dostları onu dərhal xəstəxanaya aparırlar.

Mediainfo.az