Xaqani Məmmədov: “...oyun yenidən keçirilə bilər”

Xaqani Məmmədov: “...oyun yenidən keçirilə bilər”

12 Dekabr 2014 18:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Həmin epizoddakı qərəzli qərarla bağlı əlimizdə fakt yoxdu. Amma UEFA-nın hakimlərindən bu cür səhv gözləmək ağlasığmazdı". Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Avropa Liqası çərçivəsində baş tutan "Qarabağ" – "İnter" oyunu ilə bağlı Ağdam klubu tərəfindən təşkil edilən mətbuat konfransında iştirak edən Məmmədov matçın baş hakimi Miroslav Zelinkanı qərəzli idarəçilikdə günahlandırıb: "Adi epizod idi. Bunların altında nələrsə gizlənir. Dünənki oyunun hakim inspektoru da bildirdi ki, təmiz qol idi, onların qiyməti aşağı olacaq. Amma iki halda oyun yenidən keçirilə bilər. Biri vaxt, digəri isə "lipa" dediyimiz məsələ zamanı. Doğrudan da, həmin vaxt oynanılmayıbsa, buna görə etiraz etmək olar".Qeyd edək ki, "İnter"lə oyunda "Qarabağ"ın 90+4-cü dəqiqədə vurduğu təmiz qol qeydə alınmadığından, Ağdam təmsilçisi növbəti mərhələyə adlaya bilməyib.

Mediainfo.az