Aqil Abbas: “Qarabağ” udsa, hamıya qonaqlıq verəcəm”

Aqil Abbas: “Qarabağ” udsa, hamıya qonaqlıq verəcəm”

11 Dekabr 2014 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" bu oyunda qalib gələcək və növbəti tura yüksələcək"

Bunu AzVision.az-a açıqlamasında deputat Aqil Abbas deyib. Millət vəkili bildirib ki, bu oyunu izləyə bilməyəcək:

"Ümumiyyətlə Türkiyə yığmasının və "Qarabağ" klubunun oyunlarına baxa bilmirəm. Bu oyunları izləyəndə çox həyəcanlanıram. "Qarabağ"ın ötən il Hollandiyanın "Tvente" klubu ilə oyununa baxan zaman həyəcanda ürəyim getmişdi. Amma Azərbaycan yığmasının oyununa məmuniyyətlə baxa bilirəm. Çünki bilirəm ki, uduzacaqlar və həyəcanlanmıram".

Millət vəkili qeyd edib ki, "Qarabağ" bu oyunda qalib gəlsə hamıya qonaqlıq verəcək.

"Bu futboldur və hər bir nəticə ola bilər. Klubumuz qrupda 5 xal topladı. "Dnepr" və "Sent-Etien" klubu ilə səfər oyunlarında öz sözünü dedi. "Qarabağ" klubu Avropaya adını yazdırıb. Əminliklə deyirəm ki, bu oyunda qalib gələcəyik. "Qarabağ" "İnter"ə qalib gəlsə hamıya qonaqlıq verəcəyəm".

Mediainfo.az