“Qarabağ” “Atletik” və “Zenit”lə qarşıla bilər?

“Qarabağ” “Atletik” və “Zenit”lə qarşıla bilər?

11 Dekabr 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutub, Avropa Liqasına keçən 8 klub səbətlərə bölünüb. Apasport.az saytının məlumatına görə, "səkkizlik"dən yarısı 1-ci, digər yarısı 2-ci səbətə daxil edilib.

Bölgü klubların qrup mərhələsindəki nəticələrə əsasən aparılıb. Ən yaxşı 4 komanda Avropa Liqasının qrup qalibləri ilə eyni səbətə daxil edilib. Digər 4 klub isə ikincilərlə eyni səbətdə yer alacaq.

Avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi "Qarabağ" qrup mərhələsini adlasa, dekabrın 15-də keçiriləcək 1/16 finalın püşkü zamanı 2-ci səbətdə yer alacaq. Çünki çempionumuz 2-ci pilləni qorumaq şanslarına malik olsa da, qrupumuzun qalibi adını İtaliya İnter"i əldə edib.

Bu isə o deməkdi ki, Ağdam klubu mərhələ keçsə, 15 potensial rəqibindən 4-ü Çempionlar Liqasından gələnlər olacaq. Bunlar isə 8 uğursuzun ən yaxşıları – I səbətdə yer alanlardı. "Ayaks", "Liverpul", "Anderlext" və "Roma" 2-ci səbətə daxil ediləcəyindən onların "Qarabağ"a 1/16 finalda rəqib olması və Bakıya gəlməsi mümkün deyil.

Əvəzində isə "Olimpiakos", "Sportinq ", "Atletik" və "Zenit" isə təmsilçimizlə görüşə bilər.

Qeyd edək ki, 1/16 finalla eyni gündə 1/8 finalın da püşkü atılacaq. Pley-offun 1-ci mərhələsində eyni ölkə və eyni qrup təmsilçiləri görüşə bilməzsə, növbəti raundda bu qaydalarla səbətlər olmayacaq.

I səbət

"Olimpiakos" (Yunanıstan)

"Sportinq" (Portuqaliya)

"Atletik" (İspaniya)

"Zenit" (Rusiya)

II səbət

"Ayaks" (Hollandiya)

"Liverpul" (İngiltərə)

"Anderlext" (Belçika)

"Roma" (İtaliya)

Mediainfo.az