Böyükağa Hacıyev: “İki il öncə Bakıya gələn “İnter” daha güclü idi”

Böyükağa Hacıyev: “İki il öncə Bakıya gələn “İnter” daha güclü idi”

11 Dekabr 2014 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" üçün asan oyun olmayacaq. Avropa Liqasında, ümumiyyətlə, asan matç olmur. "İnter" çempionatdakı axırıncı görüşünü uduzub. Buna görə də, Roberto Mançini özünü rəhbərliyə sübut etmək istəyəcək". Bu sözləri apasport.az saytına açıqlamasında "Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev deyib.

İki il öncə "Neftçi"nin baş məşqçisi kimi "İnter"lə oyuna çıxan təcrübəli mütəxəssis həmin komandanın daha güclü olduğunu bildirib: "Eşitdim ki, "İnter" əsas heyətdən cəmi 5 nəfəri gətirib. Bu, "Qarabağ"ın xeyrinə yox, ziyanınadı. Çünki gənclər Mançininin inamını qazanmaq üçün meydanda əllərindən gələni edəcəklər. İki il öncə Bakıya gələn "İnter" bu "İnter"dən daha güclü idi. Həmin heyətdə Kambiasso, Pereyra, Koutinyo və Kassano kimi ulduz futbolçular yer almışdı. "İnter" vaxtından əvvəl qrupdan çıxdığı üçün bu dəfə Bakıya əsas oyunçularını gətirməyib".

Hacıyevin sözlərinə görə, "Qarabağ"ın fikri "Dnepr" – "Sent-Etyen" görüşündə deyil, öz oyununda olmalıdı: "İnter" üçün bu oyunun önəmi yoxdu, onlar vəsiqəni təmin ediblər. "Qarabağ" isə qələbəyə oynamalıdı. Düzdü, hər iki görüşdə heç-heçə qeydə alınsa, yenə qrupdan çıxa bilər. Amma buna ümid bağlamaq olmaz. "Qarabağ" Kiyevdəki görüşü düşünməməli, qələbəyə oynamalıdı".

Mediainfo.az