Hakimlər bəlli oldu

Hakimlər bəlli oldu

9 Dekabr 2014 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də keçiriləcək "Qarabağ" - "İnter" matçının hakimləri müəyyənləşib. "Qarabağ" futbol klubunun rəsmi saytı xəbər verir ki, bu qarşılaşma çexiyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Miroslav Zelinka olacaq. Ona Ondrej Pelikan və Jiri Molacek köməklik edəcək. Antonin Kordula isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Mediainfo.az