Mehmanxanaların Avropa oyunlarına hazırlığı yoxlanılıb

Mehmanxanaların Avropa oyunlarına hazırlığı yoxlanılıb

2 Dekabr 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsi yaxşıdır."

Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bugünkü mətbuat konfransında deyib. Onun sözlərinə görə, artıq Bakıdakı bütün hotellərdə monitorınqlər başa çatdırılıb.

Nazir artıq regionlarda iki, üç və dörd ulduzlu hotellərin tikilməsinə marağın olduğunu da bildirib: "Sahibkarları konkret olaraq, 2, 3, yaxud 4 ulduzlu hotellər tikməyə məcbur edə bilmərik. Biz yalnız öz tövsiyələrimizi veririk".

Nazir bildirib ki, Azərbaycanda bir necə turizm zonasının elan edilməsi nəzərdə tutulur: " Həmin zonalar, Nabran, Xızı, Qəbələ, Xaçmaz, Lənkəran və qərb regionunda yaradılır. Orada torpaqların sərhədləri müəyyən ediləcək. Ondan sonra biz tövsiyə edə bilərik ki, burada necə ulduzlu hotellər tikilsin".

Mediainfo.az