Yığmamız Yaponiya ilə qarşılaşacaq

Yığmamız Yaponiya ilə qarşılaşacaq

1 Dekabr 2014 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA-nın sabiq vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, 2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə əvvəlki kimi 16 deyil, 18 komanda mübarizə aparacaq.

İştirakçılar hərəsində 3 komanda olmaqla, 6 qrupa bölünüb. 1997-cü il təvəllüdlülərin turnirinə qatılacaq Azərbaycan millisi F qrupunda Yaponiya və Albaniya ilə mübarizə aparacaq.

A qrupu: Rusiya, Litva, Moldova

B qrupu: Belarus, Estoniya, Latviya
C qrupu: Bolqarıstan, Sloveniya Qazaxıstan
D qrupu: Slovakiya, Sankt-Peterburq, Latviya-2
E qrupu: Moskva, Cənubi Koreya, Finlandiya
F qrupu: Yaponiya, Albaniya, AZƏRBAYCAN

Qeyd edək ki, turnirin oyunları Peterburq İdman Konsert Kompleksi və "Zenit" İdman Oyunları Sarayında keçiriləcək.

Mediainfo.az