Ronaldo indi nə edir?

Ronaldo indi nə edir?

20 İyun 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Beşiktaş" klubunun prezidenti tərəfindən Türkiyəyə dəvət olunan Kriştiaono Ronaldo hazırda qonşu ölkədədir. Demirörenin qonağı olan ünlü futbolçu hazırda sevgilisi İrina Şayk ilə "Kempinski Barbaros Bay" oteldə yayın keyfini çıxarmaqdadır. O, yorğun olduğu üçün dünən yaxta ilə dəniz turuna çıxa bilməyib. Bu gün mavi tura çıxması gözlənilən sevgililər dünən Demirörenin ailəsi ilə yemək yedikdən sonra yerli vaxtla saat 16.00-da girdikləri oteldən hələ çıxmayıblar. Fenomenin proqramı ilə bağlı məlumatlar onun təhlükəsizliyi baxımından yalnız 30 dəqiqə öncədən verilir.


Futbolçu həyatının mənası yorulmadan qol vurmaqda və qarşı tərəfin oyunçuları ilə rəqabət aparmaqdadır.

Günel Həbib