"Azərbaycan bayrağını qaldırmaq mənim üçün fəxrdir! "

"Azərbaycan bayrağını qaldırmaq mənim üçün fəxrdir! "

18 İyun 2011 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Boks üzrə Avropa çempionatının gümüş mükafatçısı Elvin İsayev Latviya nümayəndəsi Artyom Latvası 1 xal fərqi ilə məğlub edib. "İlk görüşüm çətin keçdi. Növbəti mərhələdə Türkiyə boksçusu Fatih Keleşlə döyüşüm də ağır olacaq. Aydın məsələdir ki, həmişə yerli idmançılara qarşı mübarizə aparmaq çətin olur. Çünki hakimlərin də onlara müəyyən simpatiyası özünü göstərir. Amma yerli boksçuların da çətinliyi var. Rəqibim rinqə böyük təzyiq altında çıxacaq. Yalnız qələbə qazanmaq haqda düşünəcək. Bu isə mənə əlavə üstünlük verə bilər. Azərbaycanın bayrağını göylərə qaldırmaq mənim üçün fəxrdir", - deyən boksçumuz əlindən gələni əsirgəməyəcəyini də vurğulayır.

Könül Aypara