Boksçumuz Türkiyədə qələbə qazanıb

Boksçumuz Türkiyədə qələbə qazanıb

18 İyun 2011 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin paytaxtı Ankarada boks üzrə Avropa çempionatına start verilib. Azərbaycan idmançılarından ilk olaraq 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə rinqə çıxıb. Həmyerlimiz Ukrayna təmsilçisi Denis Kozaruku böyük üstünlüklə məğlub edib.

Milli komandamızın üzvü yalnız birinci raundda rəqibə rahat davranmağa imkan verib. Bununla belə, ilk raund Əlizadənin 9:5 hesablı üstünlüyü ilə başa çatıb. İkinci raundda rəqibi açıq-aşkar geri çəkilməyə məcbur edən boksçumuz hesabı 18:7 edib. Döyüşün sonlarında Kozaruk irəli atılsa da, istəyinə nail ola bilməyib. Salman Əlizadə 24:9 hesabı ilə qələbə qazanıb. Boksçumuz növbəti döyüşdə fransalı Jeremi Bekku ilə qarşılaşacaq.

Təki yumruqlaşmalar ancaq rinqdə olsun...

Könül Aypara

O.M.