İdmançımız qızıl medal qazandı

İdmançımız qızıl medal qazandı

27 Avqust 2014 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına yekun vurulacaq

Sərbəst güləş

63 kq

Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib.

1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (Gürcüstan) - 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (CAR) - Teymur Məmmədov - 0:10
3-cü dövrə - Ceyms Didasko (Palav) - Teymur Məmmədov - 0:12

FİNAL - Teymur Məmmədov - Antoni Montero (Venesuela)

100 kq

İqbal Hacızadənin yarımqrupda rəqibləri Meksisa, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib.

1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (Braziliya) - 11:0
2-ci dövrə - Eduardo Qarsia (Meksika) - İqbal Hacızadə - 0:10
3-cü dövrə - Abdalla Elgizavi (Misir) - İqbal Hacızadə - 0:5

FİNAL - İqbal Hacızadə - Dmitri Ceakusta (Moldova)

Boks

49 kq

İlk 2 döyüşündə Kumar Kakaraya (Hindistan) və Şalkar Aykinbaya (Qazaxıstan) qalib gələn (hər ikisinə 2:1) Rüfət Hüseynov bu gün final görüşünə çıxıb. Onun rəqibi özbəkistanlı Sulaymon Latipov olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək, hər 3 raundu öndə bitirib.

Nəticədə Olimpiya çempionunu tituluna yiyələnən Hüseynov yığmamıza 3-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, daha öncə millimizə İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medal qazandırıb.