“Xəzər Lənkəran” hücumçusunu qovdu

“Xəzər Lənkəran” hücumçusunu qovdu

26 Avqust 2014 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Xəzər Lənkəran"ın bu gün rəsmən yollarını ayırdığı Junior Nildo cənub təmsilçisində 39 oyun keçirib.

Mediainfo.az "Apasport.az" saytına istinadənməlumatına görə, ötən mövsümün yayında transfer olunan braziliyalı legioner 14 ay ərzində keçirdiyi bu matçlarda 10 qol vura bilib. Cənubi amerikalı Topaz Premyer Liqasında 31 görüşdə 8 dəfə fərqlənibsə, Avropa Liqası və Azərbaycan kubokunda eyni göstəriciyə imza atıb – hər ikisində 4 oyuna 1 qol.

2013/14 mövsümünü bütövlüklə Lənkəranda keçirən hücumçu bu komandaya AZAL-dan keçmişdi. Nildo Bakı klubunda 1 mövsüm keçirsə də daha çox qol vurmuşdu.

O, 2012/13 mövsümündə "təyyarəçilər"in 33 qarşılaşmasında 21 dəfə fərqlənmişdi. Bu oyunlardan biri ölkə kubokuna, digər matçlar və bütün qollar Premyer Liqaya təsadüf etmişdi.

"İnter"ə keçməyə yaxın olan forvard təxminən iki illik Azərbaycan karyerasında 72 oyuna çıxıb. Paytaxt təmsilçisinə hesabındakı 31 qolla gedən legioner çempionatda 29, avrokuboklarda 1, Azərbaycan kubokunda 1 dəfə rəqiblərini məyus edib. Oyunların 63-ü çempionat, 5-i ölkə kuboku, 4-ü qitə miqyaslı turnirdə baş tutub.