Taekvondoçularımız Qran-pri turnirində iştirak edəcəklər

Taekvondoçularımız Qran-pri turnirində iştirak edəcəklər

25 Avqust 2014 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Taekvondo üzrə Azərbaycan millisinin Qran-pri turnirində iştirak edəcək heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, avqust 29-31-də Qazaxıstanın paytaxtı Astanada baş tutacaq yarışa 4 idmançımız yollanacaq.

Öz çəki dərəcələrində reytinqləri yüksək olan idmançıların mübarizəsində Ramin Əzizov (80 kq), Radik İsayev (+80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) baş mükafatlar uğrunda güclərini sınayacaqlar. Komandamız səfərə bu gün yollanacaq.

Qeyd edək ki, Qran-Prinin qalibi reytinqini 40 xal artıracaq.

Mediainfo.az