Yaşayan əfsanə futbolla vidalaşdı

Yaşayan əfsanə futbolla vidalaşdı

13 İyun 2011 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Argentinanın "Boka Juniors" klubunun yaşayan əfsanəsi Martin Polerma son dəfə formasını geyindi. O, futbolla sağollaşdı. Onun vidalaşma mərasimi "Veles Sarsfield" klubunun çempionluğunu kölgədə qoydu. Futbolçunun göz yaşları "La Bombonera"nı dolduran 49 min tərəfdarı da hüznə boğdu. Martin Palermo 2010 Dünya Futbol Çempionatında Maradona tərəfindən heyətə dəvət olunmuşdu. Və Peruya atdığı qolla Argentinanı dünya çempionluğuna yaxınlaşdırmışdı. Onu da xatırladaq ki, Argentinanın futbol liqasının final oyununu Maradona nəvəsi və qızları ilə birlikdə izləməyə gəlmişdi.

Zaman elə bir futbolçudur ki, nə vaxtsa onu da top kimi vurub yaddaşlardan siləcək...

Günel Həbib

O.M.