Azarkeşlər futbolçunu öldürdülər

Azarkeşlər futbolçunu öldürdülər

24 Avqust 2014 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Əlcəzairdə futbolçu öldürülüb. Ölkə çempionatı "JS Kabil" və "USM Alger" komandaları arasındakı qarşılaşmadan sonra iğtişaş baş verib.
"USM Alger"in 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra bir qrup azarkeş meydançada "JS Kabil"in oyunçularına daş və dəmir parçaları ilə hücum edib. Azərkeşlərin bu hücumu nəticəsində komandanın 25 yaşlı futbolçusu, kamerunlu Albert Ebosse xəsarətlər alıb. Başına iri daş parçası çırpılan oyunçu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Əlcəzairin daxil işlər naziri gecə saatlarında baş vermiş olaylarla bağlı açıqlama verib və futbolçunun ölümü faktının ciddi araşdırılacağını deyib.
"USM Alger" və "JS Kabylie" matçı 2-1 hesabı ilə başa çatıb. "JS Kabil" komandasının tək qolunu məhz öldürülən futbolçu Albert Ebosse vurmuşdu.

Mediainfo.az