Milan Lukaç: “Biz “Neftçi”dən daha yaxşıyıq”

Milan Lukaç: “Biz “Neftçi”dən daha yaxşıyıq”

22 Avqust 2014 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

"İlk 20 dəqiqə ərzində sanki oyundan təcrid olunmuşduq. Bu səbəbdən də qapımızdan 2 top buraxdıq". Apasport.az saytının məlumatına görə, bunu "Partizan"ın qapıçısı Milan Lukaç deyib.

Avroliqanın pley-off mərhələsində "Neftçi" üzərində 3:2 hesablı qələbə qazanan 28 yaşlı qolkiper ilk dəqiqələrdə 2 top buraxdıqdan sonra "ayıldıqlarını" söyləyib.
Lukaç növbəti mərhələyə vəsiqə qazanmağa "Partizan"ın daha layiq olduğunu bildirib: "Xarakter nümayiş etdirərək əzmkar qələbə qazandıq. Çoxlu qol vəziyyətləri yaratdıq. Bunların əksərindən yararlana bilməsək də, hazırda əsas məsələ matçda qalib gəlməyimizdi. Yaxşı nəticə göstərmişik. "Neftçi" yaxşı komandadı. Ancaq fikrimcə, biz onlardan daha yaxşıyıq və qrup mərhələsinə də biz vəsiqə qazanacağıq".

Mediainfo.az