Millimizdə yeni futbolçu

Millimizdə yeni futbolçu

15 Avqust 2014 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisinin avqustun 20-də Özbəkistanla keçiriləcək yoldaşlıq oyununda yeni futbolçu çağırılacaq.

Medianfo.az-ın "Apasport.az" saytına istinadən məlumatına görə, Türkiyənin I liqa təmsilçisi "Qaziantep BB" klubunda çıxış edən Rəhman Hacıyev də yığmamıza cəlb olunacaq. Bunu qonşu ölkə mətbuatı iddia edir. Həmkarlarımız Qaziantep təmsilçisində çıxış edən hər üç azərbaycanlının yığmaya dəvət aldığı haqda xəbər yayıb.

Vaqif Cavadovla Ufuk Budakın baş məşqçi Berti Foqtsun siyahısında olduğu xeyli əvvəldən bəlli idi. Rəhmanın komanda yoldaşlarından millidə də aurılmayacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasının ötən mövsümündə əvvəl "Bakı", sonra "Sumqayıt"da çıxış etmiş Rəhman milli komandada hələ debüt etməyib.

Mediainfo.az