"Beşiktaş"ın prezidenti vəfat edib

"Beşiktaş"ın prezidenti vəfat edib

14 Avqust 2014 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

"Beşiktaş" klubunun keçmiş prezidenti, uzun müddətdir ki, tənəffüs yollarındakı problemlər səbəbindən müalicə alan 88 yaşlı Süleyman Seba bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Bu gün "Vodafone Arena"da onunla bağlı vida mərəsimi keçiriləcək.

Qeyd edək ki, Seba həm futbolçu, həm də prezident kimi yalnız "Beşiktaş"da çalışıb. 1946-1954-cü illərdə İstanbul klubunun formasını geyinib. 1984/2000-ci illərdə isə komandanın prezidenti olub. Vaxtilə Türkiyə millisinin də şərəfini qoruyub.

Mediainfo.az