"Qarabağ" - "Tvente" matçının başlama saatı müəyyənləşdi

"Qarabağ" - "Tvente" matçının başlama saatı müəyyənləşdi

12 Avqust 2014 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasının pley-off mərhələsində avqustun 21-i keçiriləcək "Qarabağ" - "Tvente" matçının başlama saatı açıqlanıb.

Qol.Az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 28-də Hollandiyada keçiriləcək.