9 cüdoçumuz dunya çempionatına yollanacaq

9 cüdoçumuz dunya çempionatına yollanacaq

11 Avqust 2014 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Cüdo üzrə Azərbaycan millisinin dünya çempionatına yollanacaq heyəti dəqiqləşib. Komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov Rusiyanın Çelyabinsk şəhərində baş tutacaq mundialda 9 idmançımıza şans verəcək.
O, kişilərin yarışında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımovı (hər ikisi 100 kq), qadınların mübarizəsində isə Kifayət Qasımovanı (57 kq) sınayacaq. Qeyd edək ki, avqustun 25-31-də baş tutacaq dünya çempionatı üçün 120 ölkədən 751 cüdoçu (465 kişi, 286 qadın) sifariş olunub.

Mediainfo.az