“Neftçi” xeyli irəliləyib

“Neftçi” xeyli irəliləyib

8 Avqust 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klublar üçün yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bu həftə baş tutan 44 qarşılaşma müəyyən dəyişikliklərə səbəb olub.

Bu siyahıda yer alan Azərbaycanın 7 komandası da xal hesabını artırıb.
Avropa Liqasının III təsnifat mərhələsinin Gürcüstandakı cavab oyununda "Çixura"nı 3:2 hesabı ilə məğlub edən "Neftçi"nin qələbəsi bütün komandalarımızın xal hesabını zənginləşdirib.
Paytaxt təmsilçisinin özü isə daha çox qazanıb. 10 pillə irəliləyən bakılılar 8,700 xalla artıq 171-ci yerdə qərarlaşıb.
"Ağ-qaralar"dan 1 xal geri qalan "Qarabağ" 1 addım geriləyib və 192-ci yerdədir. Digər klublarımızdan "İnter" 4,700 xalla 267-ci, "Xəzər Lənkəran" 3,950 xalla 299-cu, "Bakı" 2,950 xalla 347-ci, "Qəbələ" və AZAL isə hərəyə 2,400 xalla 373-cü yerə şəriklər
arasındadı.
Qeyd edək ki, 454 komandanın yer aldığı siyahıya İspaniya "Real"ı başçılıq edir - 143,357 xal.

Mediainfo.az