“Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan) - 2:0

“Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan) - 2:0

7 Avqust 2014 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən "Qarabağ" Avstriyanın "Zalsburq" klubu ilə cavab matçını keçirib.

Bir həftə əvvəl Bakıda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri səfər matçında üstünlüyünü qorumağa çalışıb. Bu üzdən də Azərbaycan çempionu Zalsburqda müdafiə futbolu nümayiş etdirib.
42 yaşlı mütəxəssisin müdafiəyə meylli oyun taktikası seçməsində heyətdəki itkilər də rol oynayıb. Topaz Premyer Liqasının ötən mövsümünün ən yaxşı bombardiri Reynaldo və vitse-kapitan Admir Telinin yoxluğunda Ağdam klubu bu taktikanı seçməyə məcbur olub. Lakin Qurbanovun ilk oyundakı üstünlüyü qorumaqla bağlı planları erkən pozulub. Matçın əvvəlində zədələnən İlqar Qurbanov meydanı tərk edib. Sonradan isə Maksim Medvedevin də xəsarət alıb əvəzlənməsi arxa xəttə böyük zərbə vurub. 0:2 hesabı ilə uduzan çempionumuz qitənin ən nüfuzlu klub turnirində çıxışını dayandırıb.

Bu məğlubiyyətlə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə yuvarlanıb. Ağdamlılar qrup mərhələsinə çıxmaq üçün mübarizəni orada davam etdirəcək.


Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
"Zalsburq" (Avstriya) – "Qarabağ" (Azərbaycan) - 2:0
Qollar: Martin Hinteregger, 18; 34

Mediainfo.az