“Çixura” - “Neftçi” oyunu bir dəqiqəlik sükutla başlayacaq

“Çixura” - “Neftçi” oyunu bir dəqiqəlik sükutla başlayacaq

6 Avqust 2014 09:57
Bəyəndim (0) Bəyənmədim (0)
Veteran futbolçu qonşu ölkədə yad ediləcək

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Çixura" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) qarşılaşması 1 dəqiqəlik sükutla başlayacaq. Belə ki, Azərbaycanın ən titullu klubunun təşəbbüsü ilə dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun xatirəsi Tiflisdəki matçda anılacaq.

"Neftçi" bir neçə gün öncə dünyasını dəyişən futbol veteranını yad etmək üçün UEFA-ya müraciət ünvanlamışdı. Avropa futbol qurumu da bu məsələyə baxdıqdan sonra "Çixura" – "Neftçi" matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib. Qeyd edək ki, oyun avqustun 7-də keçiriləcək.

Mediainfo.az